Dünya
14-11-2023, 16:35
6 960
Fransanın müdafiə naziri Makronun xahişi ilə İsrailə gedir
Fransanın müdafiə naziri Sebastyan Lekornu İsrailə səfər edəcək.
Bu barədə fransalı nazir "X" şəbəkəsindəki hesabında bildirib.
"Respublika Prezidentinin xahişi ilə oktyabrın 7-dən bəri apardığımız çoxsaylı təmaslara əsaslanaraq Qəzzadaki vəziyyəti və regional təhlükəsizliyi müzakirə etmək üçün bu gün Yaxın və Orta Şərqə səfər edirəm", - deyə nazir açıqlayıb.
Xatırladaq ki, oktyabrın 24-də Fransa prezidenti Emmanuel Makron da İsrailə səfər etmişdi.