Dünya
14-11-2023, 17:56
6 716
Ermənistanın eks-müdafiə naziri dindiriləcək
Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan ona məxsus əmlakın araşdırılması ilə bağlı mövqeyini bildirmək üçün Baş Prokurorluğun “qanunsuz mənşəli əmlakın müsadirəsi” idarəsinə çağırılıb.
Bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Qeyd edək ki, keçmiş nazirlə bağlı İrəvan şəhərində yerləşən yaşayış binasında mənzillərin bölüşdürülməsi prosesində vəzifə səlahiyyətlərindən qəsdən sui-istifadə edilməsindən bəhs edən cinayət işi də var.
Xatırladaq ki, 2018-ci ildə hakimiyyət dəyişikliyindən dərhal sonra Vigen Sarkisyan əvvəlcə tədqiqat adı ilə ABŞ-yə gedib və bu günə kimi orada qalıb.