Çin sədri ABŞ-də səfərdədir - Video
15-11-2023, 11:12
1 150

Çin sədri ABŞ-də səfərdədir - Video

Çin sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün San-Fransiskoya səfər edib.
“Xinhua” agentliyi xəbər verir ki, səfər çərçivəsində, həmçinin Si Cinpinlə amerikalı həmkarı Co Bayden arasında danışıqlar keçiriləcək. 
Cinpini hava limanında Kaliforniya ştatının qubernatoru Qevin Nyusom və ABŞ-nin maliyyə naziri Canet Yellen qarşılayıb. 
Qeyd edək ki, sözügedən sammit noyabrın 15-17-si keçiriləcək. Çin və ABŞ liderləri arasında görüşün isə bu gün keçiriləcəyi planlaşdırılır. Ağ Evin məlumatına görə, liderlər İsrail-HƏMAS qarşıdurmasını, eləcə də Ukraynaya dəstək məsələlərini müzakirə edəcəklər.






Oxşar xəbərlər