Cənubi Afrikaya dolu yağdı - Küçələri sel basdı - VİDEO
15-11-2023, 16:09
6 897

Cənubi Afrikaya dolu yağdı - Küçələri sel basdı - VİDEO

Cənubi Afrikada dolu yağıb.
Johannesburq şəhərinin küçələri ağ rəngə bürünüb. Ötən axşam yağan dolu küçə və prospektlərdə daşqınlara səbəb olub.
Yaranmış vəziyyət nəticəsində həyat iflic olub.
Qoz böyüklüyündə yağan dolu maşınlara, həyət evlərinə və binalara maddi zərər vurub.
Johannesburq Fövqaləda Hallar qurmunun sözçüsü Robert Mulaudzi şəhərin bir çox hissəsinin təbii fəlakətlə üz-üzə qaldığını, lakin insan tələfatının yaşanmadığını qeyd edib.
Ölkənin Hidrometeoroloji Proqnozlar bürosunun verdiyi məlumata əsasən, bu anomal hal ölkə ərazisində davam edəcək. 






Oxşar xəbərlər