Dünya
15-11-2023, 16:22
6 901
KİV: Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiya paketinin detalları açıqlanıb - YENİLƏNİB
Avropa İttifaqı Rusiya Federasiyasına qarşı 12-ci sanksiyalar paketi çərçivəsində 47 fiziki və 72 hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
Bu barədə Reuters xəbər verir.
***
14:51
12-ci sanksiyalar paketində Avropa İttifaqı Rusiyaya dəzgahlar, kimyəvi maddələr, litium batareyaları və PUA-lar üçün mühərriklərin ixracını qadağan etmək istəyir.
Bu barədə Bloomberg məlumat yayıb.
Həmçinin qeyd olunub ki, yeni məhdudiyyətlər paketi çərçivəsində maye propan, çuqun növləri, mis və alüminium məftil, folqa, və boruların Moskvaya ixracı qadağan ediləcək.
Bundan əlavə, yanvarın 1-dən etibarən Rusiya almazlarına qadağa da Aİ-nin yeni sanksiyalar paketinə daxildir.