Dünya
16-11-2023, 09:57
1 135
Çində kömür zavodunda yanğın oldu - Ölənlər var
Çinin Şansi əyalətində kömür zavodunda güclü yanğın baş verib, 11 nəfər ölüb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Telekanalın məlumatına görə, insident noyabrın 16-da səhər saatlarında Liulian şəhərində baş verib. Yanğın Lişi rayonunda yerli kömür mədəni şirkəti "Yongju Coal Industry"nin binasını əhatə edib.
Yanğınsöndürənlər tərəfindən yanan binadan ümumilikdə 63 nəfərin təxliyə edildiyi bildirilir. Onlardan 51 nəfərin tibbi yardıma ehtiyacı olub və onlar xəstəxanaya yerləşdirilib.
Yanğının səbəbləri müəyyənləşdirilir.