Çin XİN Baydenin Si Cinpini "diktator" adlandırmasına münasibət bildirib
16-11-2023, 11:59
1 210

Çin XİN Baydenin Si Cinpini "diktator" adlandırmasına münasibət bildirib

Çin ABŞ Prezidenti Co Baydenin ÇXR Sədri Si Cinpini "diktator" adlandırmasına münasibət bildirib.

"Reuters" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi şərh verib.

Xarici İşlər Nazirliyi ABŞ Prezidentinin ritorikasını yanlış adlandırıb.

"Bu, məsuliyyətsiz siyasi maniulyasiyadır və Çin qəti şəkildə buna qarşıdır", - Çin XİN-in şərhində deyilir.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden çinli həmkarı ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, o, Çin lideri Si Cinpinin faktiki olaraq diktator olduğuna dair fikrini dəyişməyib.

Oxşar xəbərlər