Dünya
16-11-2023, 12:46
1 223
Tacikistan prezidenti Rusiyaya rəsmi səfər edəcək
Tacikistan prezidenti Emoməli Rəhmon Rusiyaya rəsmi səfər edəcək.
Bu barədə Tacikistan prezidentinin mətbuat xidmətinin rəhbəri Abdufəttoh Şərifzoda məlumat yayıb.
"Emoməli Rəhmon noyabrın 21-22-də Rusiyaya rəsmi səfər edəcək. O, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək, görüşlər dar və geniş tərkibdə keçiriləcək", - məlumatda deyilir.
Rəhmon sonuncu dəfə bu ilin mayında Qələbə Paradında iştirak etmək üçün Rusiyaya səfər edib. O, hakimiyyəti dövründə Rusiya Federasiyası ərazisinə 80-dən çox səfər edib.