Ötən gecə İsrail ordusunun kapitanı öldürülüb
16-11-2023, 15:30
7 349

Ötən gecə İsrail ordusunun kapitanı öldürülüb

Ötən gecə Qəzzada İsrail ordusunun zabiti öldürülüb.

Bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlarda Hava-desant qüvvələri bölməsinin komandir müavini, kapitan Şlomo Ben Nun HAMAS döyüşçüləri tərəfindən öldürülüb.

Həmçinin əlavə olunub ki, Qəzza zolağının şimalında gedən döyüşlərdə 2 hərbçi yaralanıb, onlar xəstəxanada müalicə almaq üçün ərazidən təxliyə edilib və ailələrinə məlumat verilib.

Oxşar xəbərlər