Gürcüstanda vitse-spikerin mandatı əlindən alınıb
16-11-2023, 15:44
7 267

Gürcüstanda vitse-spikerin mandatı əlindən alınıb

Gürcüstan parlamenti hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasından olan vitse-spiker David Sergeyenkonun mandatını əlindən alıb.
Buna səbəb David Sergeyenko prezident Salome Zurabişvilinin impiçmenti zamanı iclasda iştirak etməməsi olub. 
Mandatın alınmasının lehinə 78, əleyhinə 2 nəfər səs verib.
"Davidə parlamentdə fəaliyyətinə görə minnətdarlıq bildiririk və gələcək işlərində uğurlar arzulayırıq", - Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili səsvermədən sonra deyib.

Oxşar xəbərlər