Aİ Medvedevin oğluna qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır
16-11-2023, 16:29
7 263

Aİ Medvedevin oğluna qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır

Avropa Komissiyası (AK) keçmiş prezident və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin oğlu İlya Medvedevə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Bu barədə  "The Guardian" qəzeti məlumat dərc edib.  

"Məhdudiyyətlər anti-Rusiya sanksiyalarının 12-ci paketinin bir hissəsi kimi tətbiq olunmağa hazırlaşır", -  nəşr yazır.

Bundan başqa, siyahıda “Vətən Müdafiəçiləri” Fondunun sədri Anna Tsivileva da var ki, o da Rusiyanın hazırkı prezidenti Vladimir Putinin qohumudur. 

Oxşar xəbərlər