Almaniyada da koronavirusun mutasiyaya uğramış təhlükəli növü tapıldı
25-12-2020, 13:55
179

Almaniyada da koronavirusun mutasiyaya uğramış təhlükəli növü tapıldı

İngiltərədə meydana çıxan korinavirusun daha sürətli yayılan yeni növü Almanyada da aşkarlanıb.
Virus dekabrın 20-i Londondan Frankfurta səfər edən bir qadın sərnişinə aşkarlanıb. Daşıyıcı dərhal karantin altına alınıb. 
Bildirək ki, xəstədən götürülən nümunə Berlindəki "Charite" Xəstəxanasına göndərilib. Burada aparılan təhlillər nəticəsində virusun B.1.1.7 tipli olduğu müəyyənləşib. Almaniyada həyata keçirilən yeni tədbirlərin ilk nəticələrinin necə olacağı növbəti həftə məlum olacaq.

Oxşar xəbərlər