“İsrailin nüvə silahının olub-olmadığını yoxlamaq vacibdir”
18-11-2023, 18:15
16 407

“İsrailin nüvə silahının olub-olmadığını yoxlamaq vacibdir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin nüvə silahı olub-olmadığını yoxlamağı təklif edib. 
Onun sözlərini “Anadolu Agentliyi” yayıb. 
“Çox gec olmadan İsrailin nüvə silahının olub-olmadığını yoxlamaq vacibdir”, - Türkiyə lideri vurğulayıb.
Ərdoğanın sözlərinə görə, Türkiyə yoxlamanın həyata keçirilməsini təmin edəcək. 
Qeyd edək ki, noyabrın 17-də Ərdoğan İsrailin nüvə silahına malik olduğunu açıqlayıb.

Oxşar xəbərlər