Paşinyanın həbsi ilə bağlı baş prokurorluğa müraciət edildi
25-12-2020, 15:38
166

Paşinyanın həbsi ilə bağlı baş prokurorluğa müraciət edildi

Ermənistanda bir qrup hüquqşünas ölkənin baş naziri Nikol Paşinyan barəsində cinayət işinin açılması ilə bağlı baş prokurora müraciət ünvanlayıb.
Bakıtv.az xəbər verir ki, müraciəti imzalayanlar N.Paşinyanın dövlətə xəyanət ittihamı ilə həbsini tələb edir.
Müraciət N.Paşinyanın Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası ilə əlaqədar açıqlamaları ilə bağlı edilib. Sənədi 20 hüquqşünas imzalayıb. (Trend)
Qeyd edək ki, Ermənistanda noyabrın 10-dan etibarən Nikol Paşinyanın istefası ilə əlaqədar etiraz aksiyaları keçirilir.

Oxşar xəbərlər