Türkiyədə terrorçuluqda şübhəli bilinən 18 nəfər həbs olunub
21-11-2023, 14:00
1 316

Türkiyədə terrorçuluqda şübhəli bilinən 18 nəfər həbs olunub

Ankara Respublika Baş Prokurorluğu aparılan araşdırmalar çərçivəsində terrorçuluqla ittiham edilən 18 şübhəli haqqında həbs qərarı çıxarıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, onların DHKP/C və TKP/ML terror təşkilatları adından Ankarada fəaliyyət göstərdiklərinə, təşkilatın təbliğatını apardıqlarına dair sübutlar əldə edilib.

Oxşar xəbərlər