Hrant Dinki qətlə yetirən Ogün Samast yenidən məhkəmə qarşısına çıxarılacaq
21-11-2023, 15:17
1 347

Hrant Dinki qətlə yetirən Ogün Samast yenidən məhkəmə qarşısına çıxarılacaq

Ermənidilli “Aqos” qəzetinin baş redaktoru Hrant Dinkin qətlinin icraçısı Ogün Samast haqqında hazırlanan yeni ittiham qəbul edilib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qərara əsasən, Ogün Samast dekabrın 26-da yenidən hakim qarşısına çıxacaq. Samastın “Silahlı terror təşkilatına üzv olmaq, onun adına cinayət törətmək” (FETÖ- red.) ittihamı ilə 7 il 6 aydan 12 ilə qədər həbs edilməsi tələb edilir.

Qeyd edək ki, erməni əsilli türkiyəli jurnalist Hrant Dink “Aqos” qəzetinin baş redaktoru olub. O, 19 yanvar 2007-ci ildə İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülüb.

Oxşar xəbərlər