Ən yüksək temperatur bu ölkədə qeydə alındı
22-11-2023, 09:54
1 055

Ən yüksək temperatur bu ölkədə qeydə alındı

Ən yüksək temperatur Braziliyada  44,8°C  qeydə alınıb və hazırda ölkənin bəzi bölgələri istidən əziyyət çəkir.

Bu barədə BBC məlumat yayıb. 

Rekord Minas-Jerais ştatının cənub-şərqindəki Arasuay şəhərində qeydə alınıb. Hökumət qurumu bildirib ki, 44,8°C maksimum temperatur ölkədə 2005-ci ildə müəyyən edilmiş 44,7°C-lik əvvəlki rekordu qırıb.

Belə intensiv istilik iqlim dəyişikliyi ilə əlaqələndirilir. Yerli sinoptiklər bu həftə istilərin azalacağını bildirirlər.

Oxşar xəbərlər