Dünya
22-11-2023, 11:28
1 286
Gürcüstanlı dörd "qanuni oğru" Nyu-Yorkda saxlanıldı
ABŞ-də gürcü cinayətkar qrupunun dörd üzvü pul tələb etməkdə ittiham edilərək saxlanılıb.
Xarici KİV xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub Dairə prokurorluğu məlumat yayıb.
Saxlanılanlar arasında gürcü cinayətkar qrupunun lideri, "qanuni oğru" Vaja Qabadadze (Natan Yusupov) və onun şərikləri – Kaxa Katsadze, Teymuraz Tavberidze (“Tava” ləqəbli) və David Tikaradze də var. İttihama görə, Qabadadze və onun əlaltıları insanları hədələyərək onlardan pul tələb ediblər. Qəsb 2022-ci ilin sentyabrından 2023-cü ilin avqustuna qədər davam edib.
"İnsanları hədə-qorxu, təhdid və zorakılıq yolu ilə pul ödəməyə məcbur etmək qanunsuzdur və şəhərimizdə biznes belə aparılmır. Bu, müttəhimlərin bir neçə ay ərzində həyata keçirdikləri qeyri-qanuni fəaliyyətdir", - FTB sözçüsü Ceyms Smit bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq və günahları sübuta yetirilərsə, saxlanılan Gürcüstan vətəndaşlarını 20 ilədək həbs gözləyir.