Rusiya Ermənistana 40 ton humanitar yardım göndərdi
22-11-2023, 16:04
6 983

Rusiya Ermənistana 40 ton humanitar yardım göndərdi

Biz Ermənistanı və Qarabağ ermənilərini dəstəkləmək üçün addımlar atmağa davam edirik. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. 

"Bu gün səhər Ermənistanın ehtiyacları əsasında 40 ton humanitar yardım İrəvana yola düşüb. Bütün bunlar, yenə deyirəm, bizim ehtiyaclarımız əsasında formalaşıb. Biz ölkəmizin erməni diasporunun səylərini və Ermənistana yardımını alqışlayırıq", - deyə diplomat qeyd edib. 

Oxşar xəbərlər