Ərdoğan: Qəzzanın bombalanmasını İsrailin özünümüdafiə haqqı ilə əsaslandırmaq olmaz
22-11-2023, 17:17
6 790

Ərdoğan: Qəzzanın bombalanmasını İsrailin özünümüdafiə haqqı ilə əsaslandırmaq olmaz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada 4 günlük humanitar atəşkəsin elan edilməsini müsbət addım olaraq adlandırıb.

Bu barədə, o, “G-20” Zirvəsinin iclasında çıxışı zamanı bildirib.

O, bu addımın daimi atəşkəs və sülhə vəsilə olacağına ümid etdiyini vurğulayıb.

Ərdoğanın sözlərinə görə, Qəzzanın bombalanmasını və mülki şəxslərin kütləvi ölümünü İsrailin özünümüdafiə haqqı ilə əsaslandırmaq qəbul edilə bilməz:

“Burada açıq şəkildə müharibə cinayəti törədilir. Türkiyə olaraq, qarant ölkə statusu da daxil olmaqla, qurulacaq yeni təhlükəsizlik arxitekturasında digər ölkələrlə birlikdə məsuliyyət daşımağa hazırıq. Mən sizi iki dövlətli həllin təmin edilməsində təşəbbüs göstərməyə çağırıram”.

Oxşar xəbərlər