Dünya
22-11-2023, 17:48
6 743
Türkiyədə kənd sakini həftəyə 10-13 qram qızıl tapır - FOTO
Türkiyədə Zonguldakda Alaplı və Yığılca arasındakı dərədə qızıl tozu aşkarlanıb.
Türkiyə KİV xəbər verir ki, İsmail Uslu adlı şəxs artıq iki ildir ki, qeyd edilən ərazidən qızıl çıxardığını bildirib.
68 yaşlı İsmail bu hobbinin onu maddi çətinliklərdən xilas etdiyini deyib.
O qızılı palçıqlı suların içindən axtarıb tapır. İsmail əvvəllər ovçuluqla məşğul olub. Amma o daha heyvanları ovlamadığını, çayxanada boş vaxt keçirmək əvəzinə gəlib dərədə qızıl axtardığını bildirib. İsmail qızılı tapmaq üçün bahalı alətlərdən istifadə edir.
O həftəyə təxmini 10-13 qram qızıl tapır.