"Qəzza zolağında atəşkəs pozularsa, İsrail döyüşləri bərpa edəcək" - Netanyahu
23-11-2023, 09:32
976

"Qəzza zolağında atəşkəs pozularsa, İsrail döyüşləri bərpa edəcək" - Netanyahu

"İsrail hərbçiləri Qəzza zolağında atəşkəs rejiminin pozulacağı təqdirdə dərhal döyüş əməliyyatlarını bərpa etməyə hazırdır".

Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Biz ağıllı hərəkət edəcəyik və atəşkəs günləri bitdikdən sonra yenidən müharibəyə qayıdacayıq. Ola bilsin ki, biz bunu çox tez etməli ola bilərik, atəşkəşin pozulması ola bilər və biz qoyun kimi dayanmayacağıq. Biz Qəzzadan girovların qaytarılması planının gerçəkləşməsi üçün edilməsi lazım olanı edəcəyik, amma pozularsa, nə edəcəyimizi biləcəyik”, o, mətbuat konfransında deyib.

Oxşar xəbərlər