ÜST koronavirusun son vəziyyəti ilə bağlı Çinə rəsmi sorğu göndərib
23-11-2023, 10:18
1 135

ÜST koronavirusun son vəziyyəti ilə bağlı Çinə rəsmi sorğu göndərib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənəffüs yollarının yoluxucu xəstəliklərinin yayılması ilə bağlı Çinə rəsmi sorğu göndərib.

Bu barədə təşkilat “X” platformasında yazıb.

Çin sakinlərinə tənəffüs yollarının yoluxucu xəstəliklərinin riskini azaltmaq üçün tədbirləri həyata keçirmək, o cümlədən peyvənd olunmaq, sosial məsafə saxlamaq və zəruri hallarda maska taxmaq tövsiyə edilib.

Bundan əlavə, ÜST Çində məlum patogenlərin, o cümlədən koronavirusun (SARS-CoV-2) yayılmasının son tendensiyaları haqqında əlavə məlumat istəyib.

Oxşar xəbərlər