Çiynində bir kisə pulla küçədə belə gəzdi - FOTO
23-11-2023, 13:36
1 218

Çiynində bir kisə pulla küçədə belə gəzdi - FOTO

Türkiyənin İstanbul şəhərində qəribə hadisə yaşanıb.
Türkiyə KİV xəbər verir ki, Tahtakele ərazisində naməlum bir şəxs çiynində pul dolu kisə ilə görüntülənib.
Kisə şəffaf olduğundan içindəki pulun miqdarı da təxmin edilib.
Qeyd edilib ki, həmin şəxs 50-100 min dollar aralığında pulu dəyişdirərək onu türk lirəsinə çevirib.
Sözügedən görüntülər sosial şəbəkələrdə yayılaraq səs-küyə səbəb olub. Şəkilə minlərlə şərh yazılıb. Bəzi sosial media istifadəçiləri lirənin günbəgün dəyər istirməsinə diqqət çəkib.
Digər istifadəçiləri isə Türkiyəni hazırda iqtisadi böhran yaşayan Venesuela ilə müqayisə edib. 

Oxşar xəbərlər