Tanınmış aparıcı: "Pul xərcləyəndə əllərim əsir" - FOTO
23-11-2023, 13:38
1 211

Tanınmış aparıcı: "Pul xərcləyəndə əllərim əsir" - FOTO

Türkiyəli aparıcı və aktrisa Özlem Yıldız yeni açıqlaması ilə hər kəsi təəccübləndirib.
İstanbulun Nişantaşı səmitində görüntülənən Özlem jurnalistlərin "Mağazalarda endirim kampaniyalarını izləyirsiniz" sualına verdiyi cavabı ilə hər kəsi şoka salıb:
"Endirimləri izləyirəm. Pul qazanan hər bir insan məncə endirimləri izləyir. Daha çox pulumu makiyaj vasitələrinə xərcləyirəm. Ayda 12 000 lirə (təxminən 706 AZN ) maaş alıram. Heç xərcləmirəm. Pulumu yığıram. Bu maaş mənim 25 illik əməyimin qarşılığıdır.
Sadəcə ilk maaşıma sevdiklərimə hədiyyə almışam. Oğluma da pulun necə qazanıldığını başa salıram. Təbii olaraq pul xərcləyəndə əllərim əsir".
Qeyd edək ki, Özlem Yıldız 2013-cü ildə boşanıb. Hazırda aparıcı turizm sahəsində çalışan Mete Vardarla sevgilidir. 

Oxşar xəbərlər