Türkiyə MN İncirlik bazasından İsrailə hərbi yardım göndərilməsi iddialarına cavab verib
23-11-2023, 13:41
1 283

Türkiyə MN İncirlik bazasından İsrailə hərbi yardım göndərilməsi iddialarına cavab verib

Türkiyə Milli Müdafiə Nazirliyi İncirlik bazasına enən təyyarələrin Kipr üzərindən İsrailə silah daşıdığı ilə bağlı iddialara cavab verib.

Nazirlik bu iddiaların həqiqəti əks etdirmədiyini qeyd edib:

"Türkiyə olaraq qəzzalı qardaşlarımıza zərər verəcək hər hansı bir fəaliyyətə qatılmağımız və ya bu fəaliyyətlərə göz yummağımız müzakirə mövzusu deyil. Nazirlikdən həmçinin, "F-16-nın tədarükü və modernləşdirilməsi prosesi davam edərkən, diqqət mərkəzində saxladığımız tək təyyarə “Eurofighterdir””, - deyə bildirilib.

Oxşar xəbərlər