İspaniya Fələstin dövlətinin çox qısa müddətdə tanınmasının tərəfdarıdır
23-11-2023, 13:55
1 295

İspaniya Fələstin dövlətinin çox qısa müddətdə tanınmasının tərəfdarıdır

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkəsinin Fələstin dövlətinin tanınmasının tərəfdarı olduğunu bildirib.

Bu barədə İspaniyanın XİN rəhbəri yerli RNE radiostansiyasına müsahibəsində deyib.

Nazir Albares bildirib ki, İspaniya qısa müddətdə Fələstin dövlətinin tanınmasını dəstəkləyir.

Xose Manuel Albares əlavə edib ki, Fələstin dövlətinin mövcudluğu "Yaxın Şərqdə sülh üçün ən yaxşı təminat olacaq".
O, İspaniyanın münaqişə ilə bağlı sülh konfransı keçirməyə hazır olduğunu qeyd edib.

Oxşar xəbərlər