Lukaşenko Ermənistan rəhbərliyini tənqid etdi
23-11-2023, 16:50
6 868

Lukaşenko Ermənistan rəhbərliyini tənqid etdi

Kollektiv Təhlükəsizlik Şurasının üzvlərindən biri ilə Qafqazdakı vəziyyəti və bəzi narazılığı müzakirə etdik. Biz eyni nəticəyə gəldik ki, problemli məsələlər həmişə olub və olacaq.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenko həmçinin KTMT sammitində iştirak etmədiyinə görə Ermənistan rəhbərliyinə irad tutub: "Əgər biz bu problemləri həll etmək niyyətindəyiksə, o zaman danışıqlar masası arxasında həll olunmalı, səbəbsiz, konkret səbəblər olmadan demarşlar etməməliyik. Biz müəyyən fikir bildirdik və arzuladıq ki, Sankt-Peterburqda erməni dostlarımızı görəcəyik".

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri və müdafiə naziri Minskdə keçirilən KTMT sammitində iştirakdan imtina ediblər.

Oxşar xəbərlər