Paşinyan bəzi sabiq hökumət rəhbərlərinin hələ də azadlıqda qalmasına münasibət bildirib
24-11-2023, 13:25
1 196

Paşinyan bəzi sabiq hökumət rəhbərlərinin hələ də azadlıqda qalmasına münasibət bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin bəzi sabiq hökumət nümayəndələrinin hələ də azadlıqda qalmasına münasibət bildirib.

Erməni hökumətinin başçısı bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin köhnə hökumətin bəzi nümayəndələrinin hələ də azadlıqda olması ilə bağlı sualını cavablandırıb.

Paşinyanın sözlərinə görə, Ermənistan vətəndaşlarının əsas tələbi ölkədə ədalətin olmasıdır.

“Ermənistan cəmiyyətinin bir hissəsi başlanan cinayət işlərinin sayını ədalətin göstəricisi kimi qəbul edir. Bir hissə isə hesab edir ki, bəzi şəxslər azadlıqdan məhrum olunsa, o zaman ölkədə ədalət olacaq. Mən etiraf edirəm ki, ölkədə ədalət olmalıdır, amma bu, institusional formada olmalıdır. Yəni ədaləti biz yox, qurum bərqərar etməlidir və bu institutun yaradılması istiqamətində çox böyük işlər görülüb”, - Ermənistanın Baş naziri əlavə edib.

Oxşar xəbərlər