Şakira Pikedən sonrakı həyatı haqqında film çəkəcək
24-11-2023, 16:47
7 783

Şakira Pikedən sonrakı həyatı haqqında film çəkəcək

Məşhur kolumbiyalı müğənni Şakira eks-sevgilisi Jerar Pikedən sonrakı həyatı ilə bağlı sənədli film çəkəcək.

Bu barədə ispan mediası məlumat yayıb.

"Düşünürəm ki, filmdə Şakiranın keçdiyi çətin dövrdən bəhs ediləcək və layihə "Xəyanət və mən" adlanacaq" deyə, - ispan jurnalist Laura Fa deyib.

Qeyd edək ki, Şakira 11 illik sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Pikedən xəyanətə görə ayrılıb. Onların iki oğul övladı var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.

Şakiranın adı bir müddət əvvəl aktyor Tom Kruz və "Formula 1" pilotu Lyuis Hemiltonla hallanıb.

Oxşar xəbərlər