4 min kvadrat kilometrlik aysberq 30 ildən sonra yenidən hərəkətə başladı
24-11-2023, 17:07
7 981

4 min kvadrat kilometrlik aysberq 30 ildən sonra yenidən hərəkətə başladı

1986-cı ildə Antarktika sahil zolağından qopan və Veddell dənizində quruya çıxan nəhəng buz kütləsi olan "A23a", 30 ildən çox müddət sonra yenidən hərəkət etməyə başlayıb.

Xarici mətbuat xəbər verir ki, "A23a" adlı aysberq 1986-cı ildə Antarktika sahil zolağından qopub.

Lakin o, tez bir zamanda Veddel dənizində quruya çırpılaraq buz adasına çevrilib.

"A23a" səthinin sahəsi təxminən 4 min kvadrat kilometrdir.

Elm adamları son illərdə buz parçasında hərəkət siqnalları aşkar etmişdilər.

Alınan son məlumatlara görə, "A23a" yenidən Antarktidadan çıxmağa başlayıb. Alimlərin fikrincə, A23a-nın kütləsi son 35 ildə azalıb.

Beləliklə, nəhəng buz parçası suyun səthində hərəkət edə biləcək qədər yüngülləşib və kiçilib.

Oxşar xəbərlər