Aİ nümayəndə heyəti İrəvana səfər edəcək
25-11-2023, 10:36
2 634

Aİ nümayəndə heyəti İrəvana səfər edəcək

Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin nümayəndə heyəti və Avropa Komissiyasının nümayəndələri noyabrın 27-29-da Ermənistanda səfərdə olacaq.
Səfərlə əlaqədar olaraq Avropa İttifaqı ilə Ermənistan arasında investisiya koordinasiyası platformasının fəaliyyətə başlaması elan ediləcək.
Aİ ilə Ermənistan arasında münasibətlər müxtəlif aspektlərdə müzakirə olunacaq, onların dərinləşdirilməsinin mümkün istiqamətləri nəzərdən keçiriləcək.
Səfərdə olan nümayəndə heyəti Ermənistan hökumətinin yüksək vəzifəli nümayəndələri ilə yanaşı, BMT və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

Oxşar xəbərlər