Çin Rusiya ilə Krıma sualtı tunel çəkmək planlarını təkzib edib
27-11-2023, 13:27
1 452

Çin Rusiya ilə Krıma sualtı tunel çəkmək planlarını təkzib edib

Çin Xarici İşlər Nazirliyi Rusiya Federasiyası və Çinin Kerç boğazı altında Krım körpüsünə daha təhlükəsiz alternativ ola biləcək sualtı tunel inşa etmək planları barədə məlumatı təkzib edib.

Bu barədə brifinqdə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

Qeyd edək ki, ABŞ-nin “The Washington Post“ nəşri Moskva və Pekinin Kerç boğazı altında Ukraynanın hücumlarından qorunacaq tunel tikmək planlarını müzakirə etdiyini yazıb.

Oxşar xəbərlər