Türkiyədə yük gəmisi əlverişsiz hava şəraiti səbəbindən quruya oturub
27-11-2023, 14:22
1 406

Türkiyədə yük gəmisi əlverişsiz hava şəraiti səbəbindən quruya oturub

Türkiyə ərazisində davam edən əlverişsiz hava şəraiti, güclü yağış və fırtına davam etdirir. Belə ki, noyabrın 27-də Artvin vilayətinin Hopa rayonunda yük gəmisi quruya oturub.

“Esenyalı” adlı yük gəmisinin heyət üzvlərinin təxliyəsi davam edir.

Artıq bir neçə gündür Türkiyə ərazisində davam edən leysan yağışları və güclü külək nəticəsində ölkənin Hatay vilayətinin İskəndərun rayonunun sahil xətti su altında qalıb. Bu ilin fevralında Türkiyə ərazisində baş verən dağıdıcı zəlzələdən sonra Hatayın bəzi bölgələrində yer səthində bir metrə qədər çökmələr meydana gəlib. Bölgədə əsən güclü külək nəticəsində Aralıq dənizində dalğaların hündürlüyünün 5 metrədək yüksəlməsi bu boşluqların da dolmasına səbəb olub. Nəticədə İskəndərunun sahil xətti su altında qalıb. Əraziyə əhalinin girişi qadağan edilib.

Analoji vəziyyət İzmir, Antalya başda olmaqla Türkiyənin bir çox rayonunda müşahidə edilib.

Hidrometeoroloqlar Türkiyə ərazisində dəyişkən hava şəraiti ilə bağlı 26 vilayətin sakinlərinə xəbərdarlıq ediblər.

Oxşar xəbərlər