Körpə 37 gün sonra dağıntılar altından SAĞ ÇIXDI
28-11-2023, 10:02
915

Körpə 37 gün sonra dağıntılar altından SAĞ ÇIXDI

İsrail və HƏMAS-ın başlatdığı "Əqsa tufanı" əməliyyatı Qəzzada dağıdıcı təsirlərini davam etdirir.

İsrailin hava hücumları nəticəsində çökən binanın dağıntıları altında 37 gün sağ qalan körpə bölgədəki xilasetmə qrupları tərəfindən sağ-salamat çıxarılıb.

Körpənin sağ qalması möcüzəvi hadisə  kimi qiymətləndirilib. Bildirilir ki,  körpə müharibənin ilk günü yəni oktyabrın 7-də Qəzzada dünyaya gəlib.  Hücumlar nəticəsində o anasını itirib.

37 gün sonra xilas edilən bu körpə həyat mübarizəsinin simvoluna çevrilib.

Oxşar xəbərlər