Dünya
28-11-2023, 15:25
1 122
KİV: Avropa Komissiyası Rusiyanın ixrac etdiyi almazlara qarşı sanksiyalar layihəsini təsdiqləyib
Avropa Komissiyası Rusiyanın ixrac etdiyi almazlara qarşı sanksiyalar layihəsini təsdiqləyib.
Bununla bağlı “Agence France-Presse” (AFP) əldə etdiyi sənədə istinadən məlumat yayıb.
Agentlik bildirir ki, Komissiya layihəni təsdiq etmək üçün Avropa İttifaqına (Aİ) üzv olan ölkələrə göndərib.
Həmçinin bildirilib ki, Avropa Komissiyası gələn ilin 1 yanvarından etibarən, üçüncü ölkələrdə emal olunan, o cümlədən sənayedə istifadə edilməyən sintetik rus almazlarının ticarətini tamamilə qadağan etməyi planlaşdırır.
Bu tip məhdudiyyətlər Rusiyadan ixrac edilən zərgərlik məmulatlarına və bütün oxşar qiymətli daşlara təsir edəcək. Rusiya tranzit rolu oynadığı halda da məhdudiyyətlər tətbiq ediləcək.