Rusiyada keramikalı zirehli jiletin yaradıcısı ölüb
28-11-2023, 16:40
6 924

Rusiyada keramikalı zirehli jiletin yaradıcısı ölüb

Keramikalı zirehli jiletinin konstruktoru Boris Balaşov Moskvada mənzilində ölü tapılıb.

98 yaşlı Balaşovun ölümünün ilkin səbəbi kəskin ürək çatışmazlığı olub.

Qeyd edək ki, Boris Balaşov 1925-ci il avqustun 20-də anadan olub. Böyük Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnikdir. Balaşov 50 ixtiraya patent alıb. 1989-cu ildə isə keramika zirehlərinə görə Dövlət Mükafatı alıb.

Oxşar xəbərlər