ABŞ MKİ direktoru Mossad-ın rəhbəri ilə Qətərdə görüşüb - YENİLƏNİB
28-11-2023, 17:42
6 779

ABŞ MKİ direktoru Mossad-ın rəhbəri ilə Qətərdə görüşüb - YENİLƏNİB

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin Kəşfiyyat Xidməti (Mossad) rəhbərləri İsrail və HAMAS arasında müvəqqəti atəşkəsin mümkün uzadılmasını müzakirə etmək üçün görüşüb.

"Reuters" xəbər verir ki, Dohada keçirilən görüşdə Qətərin baş naziri də iştirak edib.

Mənbə "Reuters"ə bildirib ki, görüş "genişləndirilmiş humanitar fasilə sazişinin irəliləyişi və potensial razılaşmanın növbəti mərhələsi ilə bağlı əlavə müzakirələrə başlamaq üçün" keçirilib.

Mənbə əlavə edib ki, Misir rəsmilərinin də iştirak etdiyi danışıqların nəticəsi bəlli deyil.

***

15:26

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns bu gün Dohada İsrailin Kəşfiyyat Xidməti - Mossad-ın rəhbəri David Barnea və Qətərin Baş naziri ilə görüşəcək.

Bu barədə "Axios" ABŞ rəsmisi və görüşlə bağlı iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, görüşdə HAMAS-ın daha çox girovu azad edəcəyi təqdirdə Qəzzadakı döyüşlərdə fasilənin uzadılması müzakirə ediləcək.
Bu, HAMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra üç lider arasında ikinci belə görüş olacaq.

Oxşar xəbərlər