Polatlardan sonra daha bir cütlüklə bağlı araşdırmaya başlanıldı - Soyadlarını dəyişiblərmiş - FOTO
29-11-2023, 10:23
1 020

Polatlardan sonra daha bir cütlüklə bağlı araşdırmaya başlanıldı - Soyadlarını dəyişiblərmiş - FOTO

Türkiyədə daha bir cütlük barədə araşdırılmaya başlanılıb.

Türkiyə KİV xəbər verir ki, dəbdəbəli həyatları və saxta olduğu deyilən zinyət əşyaları ilə tanınan Tayyar Öz və Özlem Öz cütlüyünə qarşı başladılan araşdırma istintaqa çevrilib.

Engin və Dilan Polat cütlüyünün həbsindən sonra Tayyar və Özlem Öz cütlüyü də gündəmə gəlib.

Cütlüyün Səhiyyə Nazirliyinin icazəsi olmadan məhsul satdıqları, FETÖ ilə əlaqəsi olduğu və soyadlarını dəyişdirdikləri iddia edilib.

Xatırladaq ki, cütlük sözügedən iddialar barədə 2 həftə əvvəl açıqlama vermişdi:

"Hazırda hüquq departamentimiz lazımi məlumatları toplayır. İndiyə qədər soyad dəyişikliyi istisna olmaqla, bütün xəbərlər şər və böhtandan ibarətdir. Təbii ki, bunların da bir cavabı var. Xahiş edirik, eşitdiyiniz heç bir şeyə inanmayın. İnşallah, ədalət öz yerini tapacaq. Bizi bəziləri ilə bir tutmayın”.


Oxşar xəbərlər