Rus model və 15 yaşlı qızı Türkiyədə güllələnərək öldürüldü
29-11-2023, 10:40
1 051

Rus model və 15 yaşlı qızı Türkiyədə güllələnərək öldürüldü

Türkiyənin Bodrum şəhərində iki rus qadının meyiti yol kənarında tapılıb. 

Xarici KİV xəbər verir ki, öldürülənlər 42 yaşlı rus model İrina Dvizova və onun 15 yaşlı qızı Dayanadır. 

İrina və Dayana üç gün əvvəl yoxa çıxıblar. Yaxınları onlarla əlaqə saxlaya bilməyib və polisə məlumat veriblər. Bundan sonra yaxınları modelin yaşadığı villaya gedib. Evə daxil olaraq divanda qan görən polis dərhal araşdırmalara başlayıb. 

Onlar kurortda güllələnmiş və kəndirlə bağlı vəziyyətdə tapılıblar. 

Oxşar xəbərlər