Rusiyada fərdi evdə yanğın baş verib, 6 nəfər ölüb
29-11-2023, 10:51
1 127

Rusiyada fərdi evdə yanğın baş verib, 6 nəfər ölüb

Rusiyanın Krasnodar diyarının Vısoki kəndində fərdi evdə baş verən yanğın nəticəsində 4 uşaq daxil olmaqla, 6 nəfər ölüb.

Rusiya KİV xəbər verir ki, hadisə noyabrın 29-na keçən gecə baş verib.

Yanğınsöndürənlər gələnə qədər ev tamamilə yanıb.

“Yanğın 72 kvadratmetr ərazini əhatə edib”, - Rusiya Fövqəladə Hallar Nazirliyinin bəyanatında deyilir.

Oxşar xəbərlər