"Ukrayna hər şeydə Rusiyanı günahlandırır" - Peskov
29-11-2023, 14:09
1 100

"Ukrayna hər şeydə Rusiyanı günahlandırır" - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Mariannanın arsen və civə ilə zəhərlənməsi ilə bağlı açıqlamalarına münasibət bildirib .

Kreml nümayəndəsinin sözlərinə görə, Moskva Ukraynanın bütün problemlərinə görə Rusiyanı günahlandırmasına öyrəşib.

"Ukrayna hər şeydə, hətta mövcudluğunda da Rusiyanı günahlandırır. Bu, ümumi ittihamdır ", - o qeyd edib.

 Xatırladaq ki, noyabrın 28-də Ukrayna mətbuatı Kirill Budanovun həyat yoldaşının gündəlik həyatda istifadə olunmayan ağır metallarla zəhərləndiyi barədə məlumat yayıb. Qadın xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər