BTS-nin daha 4 üzvü əsgərliyə gedir
29-11-2023, 16:51
6 942

BTS-nin daha 4 üzvü əsgərliyə gedir

BTS K-pop qrupunun qalan dörd üzvü 2023-cü ilin sonuna qədər Cənubi Koreya ordusunda xidmət etmək üçün ayrılacaq.

Xarici KİV xəbər verir ki,  Jimin (Park Jimin), Jungkook (Jeon Jungkook), RM (Kim Namjoon) və V (Kim Taehyung) respublikanın silahlı qüvvələrinin sıralarına qoşulacaqlar. 

Onlar dekabrda əsgərliyə gedəcəklər. Xidmət il yarım, 2025-ci ilin iyun ayına qədər davam edəcək.

Qeyd olunur ki, komandanın qalan üzvləri (Cin, J-Hope və Suqa) artıq Cənubi Koreya silahlı qüvvələrinin tərkibinə daxildir.

Oxşar xəbərlər