Dünya
29-11-2023, 17:34
6 975
Litva Ukraynaya 2 milyon avro verilməsini təsdiqləyib
Litva “Ukrayna taxılı” beynəlxalq proqramı çərçivəsində onun ixracını maliyyələşdirmək üçün 2 milyon avro ayırıb.
TASS xəbər verir ki, bu barədə qərar Litva hökumətinin keçirdiyi iclasın yekununda qəbul edilib.
“Taxıl təşəbbüsü müharibənin qlobal ərzaq bazarında mənfi nəticələrinin azaldılmasında və Litvanın 2 milyon avro ayırdığı Ukraynanın taxıl ixracı imkanlarının gücləndirilməsində mühüm rol oynayır”, - məlumatda qeyd edilib.
Keçən həftə Ukraynaya səfəri zamanı Litvanın Baş naziri İnqrida Şimonite Vilnüsün beynəlxalq proqrama verəcəyi töhfəni də vurğulayıb.