"İndi pul istəsək, ağlayacaq" - Putin nazirlə zarafat etdi
30-11-2023, 10:03
912

"İndi pul istəsək, ağlayacaq" - Putin nazirlə zarafat etdi

Rusiya prezidenti Vladimir Putin zarafat edib ki, maliyyə naziri Anton Siluanov büdcə xərcləri ilə bağlı yeni təklifləri eşidəndə göz yaşlarını saxlaya bilməyəcək.

O, bu barədə Rusiya lideri gənc alimlərlə görüşündə deyib.

Putinə hökumətin maliyyələşdirdiyi “Puşkin xəritəsi”nə bənzər formada “Mendeleyev xəritəsi”nin funksionallığını genişləndirməyin mümkünlüyü sorşulub.

Prezident qeyd edib ki, çox güman ki, artıq qəbul olunmuş büdcəyə əlavə xərclərin daxil edilməsi o qədər də asan olmayacaq, baxmayaraq ki, ideya pis deyil.

“Mexanizm sadədir - masanın üzərində pul olmalıdır. Siluanova “Pul ver” desək, o, indi ağlayacaq ki: “Pul yoxdur” - deyə Putin zarafat edib.

Oxşar xəbərlər