Mirzoyan Devid Kemeronla görüşüb
30-11-2023, 10:13
983

Mirzoyan Devid Kemeronla görüşüb

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla görüşüb.

Bu barədə Mirzoyan “X” platformasında yazıb.

“ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Böyük Britaniya xarici işlər naziri Devid Kemeronla ikitərəfli münasibətlər haqqında danışdıq. Böyük Britaniya və Ermənistan bu yaxınlarda strateji dialoqa başlayıb”, - Mirzoyan qeyd edib.

Erməni nazirin sözlərinə görə, tərəflər müzakirə zamanı regional mövzulara və Cənubi Qafqazda baş verən hadisələrə toxunub.

Oxşar xəbərlər