Stiv Voznyak: Mənim kompüterim olmasaydı Stiv Cobs “Apple”ni yarada bilməzdi
30-11-2023, 11:10
1 186

Stiv Voznyak: Mənim kompüterim olmasaydı Stiv Cobs “Apple”ni yarada bilməzdi

Stiv Cobsdan hələ xəbər olmayan dövrdə öz kompüterimi yaratmağa başladım.

Bunu bu gün Bakıda keçirilən “InMerge Innovation Summit”ində çıxışı zamanı “Apple” şirkətinin qurucularından biri Stiv Voznyak deyib.

O bildirib ki, mühəndis ailəsində böyüməsi onun elektron cihazlara marağını artırıb. “Karyera yüksəlişi düşünmürdüm. Ömrümün axırına kimi mühəndis olacağımı düşünürdüm. Əvvəlcə “Apple 1” kompüterini yaratdım”.

“Stiv Cobsu “Apple”nin yaradılmasından 5 il əvvəl tanıdım. Gənc, əyləncə sevən yeniyetmə idi. O, həyatı dəyişdirən insanlara pərəstiş edirdi. Mənim icad etdiyim kompüteri görəndə, bunun yeni biznes imkanı olduğunu dedi və yeni şirkəti yaratmaq ideyasını təklif etdi. "Apple" şirkəti beləcə yarandı. Əsas gəlirlər" Apple 2" kompüteri buraxılandan sonra formalaşmağa başlayıb”- Stiv Voznyak əlavə edib.

Oxşar xəbərlər