"Rusiya Ermənistan dövlətçiliyinin düşmənidir" - Erməni deputat
30-11-2023, 11:21
1 171

"Rusiya Ermənistan dövlətçiliyinin düşmənidir" - Erməni deputat

Ermənistanın üç düşməni var: Türkiyə, Azərbaycan və ən qədim düşməni Rusiya.

Bunu Ermənistan parlamentinin "Respublika Naminə" partiyasının lideri Arman Babacanyan "Facebook" səhifəsində yazıb. 

O, qeyd edib ki, Rusiya müttəfiq adı altında Ermənistana və erməni xalqına qarşı konspirativ məqsədlərini gizlədir: "Rusiya Ermənistan dövlətçiliyinin düşmənidir. Rusiya buradan sıxışdırılmayana qədər regionda sülh, sülh müqaviləsi, sülh yollarının kəsişməsi olmayacaq. Özünüzü və başqalarını aldatmayın. Sülh və Rusiya bir-birinə ziddir.

Ermənistanın sərhədlərini, Ermənistanın ərazi bütövlüyünü Azərbaycan yox, Rusiya tanımır. O, Ermənistan dövlətini, erməni dövlətçiliyinin mövcudluğunu tanımadığından Ermənistanın sərhədlərini də bütövlükdə tanımır.

Bütün bunlardan sonra Rusiya ilə eyni hərbi-siyasi və iqtisadi ittifaqlarda qalıb-qalmamağı düşünmək istehzadır". 

Oxşar xəbərlər