Əlverişsiz hava şəraiti Moskva aeroportlarında problem yaradıb
30-11-2023, 11:29
1 193

Əlverişsiz hava şəraiti Moskva aeroportlarında problem yaradıb

Rusiyanın paytaxtı Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetyevoda əlverişsiz hava şəraiti ilə əlaqədar 30-a yaxın reys təxirə salınıb və ya ləğv edilib.

Bu barədə Rusiya KİV xəbər verir.

Qeyd edilib ki, Vnukovoda 4 reys gecikib, 3 reys təxirə salınıb, Domodedovoda 17 reys gecikib, 1 ləğv edilib, Şeremetyevoda isə 4 reys gecikib.

Oxşar xəbərlər