Ermənistanda MTX direktoru və müavinlərini Baş nazir təyin edəcək
30-11-2023, 11:38
1 233

Ermənistanda MTX direktoru və müavinlərini Baş nazir təyin edəcək

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin direktor və müavinlərinin prezident deyil, Baş nazir tərəfindən vəzifəyə təyin edilməsi və həmçinin uzaqlaşdırılması məsələsi müzakirə ediləcək.

Bu barədə erməni “Telegram“ kanalları məlumat yayıb.

Qeyd olunub ki, qanunvericiliyə müvafiq dəyişikliklərin qəbul edilməsi məsələsi hökumətin bugünkü iclasının gündəliyinə daxil edilib.

Oxşar xəbərlər